"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Fichajes" yayıb.

Mənbəyə görə, türkiyəli oyunçu "Mançester Yunayted"in diqqət mərkəzindədir. Yeni baş məşqçi Ruben Amorim rəhbərlikdən onun transfer olunmasını istəyib.

Qeyd edək ki, Yunus cari mövsüm "Qalatasaray" forması ilə 15 rəsmi matça çıxıb.