Ruslar özlərinin əsas səylərini Donetsk bölgəsində irəliləməyə cəmləməkdə davam edirlər. Onlar son 24 saat ərzində eyni vaxtda bir neçə yaşayış məntəqəsində uğur qazana biliblər. Bu fikirlər DeepState analitiklərinə məxsusdur.
Beləliklə, Rusiya ordusu Novoalekseevka, Kremennaya Balka, Maksimovka, Boqoyavlenka yaxınlığında və Toretskdə irəliləyərək uğur qazanmağa nail olub: "Baş Qərargahın məlumatına görə, ümumilikdə son 24 saat ərzində cəbhədə 171 hərbi toqquşma qeydə alınıb. Belə ki, xüsusilə, Toretsk istiqamətində düşmən Diliyevka, Drujba, Toretsk, Şerbinovka və Petrovka yaşayış məntəqələri yaxınlığında on hücum həyata keçirib. Pokrovski istiqamətində Ukrayna Silahlı Qüvvələri təcavüzkarın Mirolyubovka, Novotoretskoye, Luç, Lısovka, Krutoy Yar, Selidovo, Vişnevoye və Çumatskoye yaşayış məntəqələrinə qarşı 36 hücum hərəkətini dayandırıb".
Kuraxovski istiqamətində isə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 40 hücumunu dəf edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural