AZ

Bu ölkələrin rəhbərləri COP29-da iştirak üçün Bakıya gəldi

Marşal Adalarının Prezidenti Hilda Heine COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Həmçinin Tuvalunun Baş naziri Feleti Teo bu gün ölkəmizə səfər gəlib.

Həmçinin Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycana səfərə gəlib.

 

 

Seçilən
27
14
xalq.az

10Mənbələr