AZ

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması olaraq, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik.

Bu Qərbi Azərbaycan İcmasının Dövlət Bayrağı Günü ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır:

"Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılan Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur. Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir".

Bildirilib ki, dövlət bayrağına ehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi olub.

Seçilən
3
34
aznews.az

10Mənbələr