Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqlarını Müdafiə Ofisi Qəzza zolağında öldürülənlərin demək olar ki, 70 faizinin qadın və uşaqlar olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, qurbanların ən balacası bir günlük oğlan uşağı, ən yaşlısı isə 97 yaşlı qadındır. Hesabata görə, uşaqlar ümumi qurbanların 44 faizini təşkil edir və ən böyük yaş qrupu 5-9 yaş arası uşaqlardır. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də başlayan hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə çatıb.
Vəli Həsənoğlu,
KONKRET.az