İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hələb şəhərinin cənub-şərqindəki hərbi obyektlərə zərbələr endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Hücum nəticəsində Suriyanın Es-Safira sənaye zonasında güclü partlayışlar baş verib. Bu ərazidə hərbi obyektələr və zavodlar yerləşir.
Suriyanın “SANA” xəbər agentliyi partlayışların İsrailin hava hücumu nəticəsində baş verdiyini təsdiqləyib.