Azərbaycan ərazisində noyabrın 9-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.