Məşhur amerikalı müğənni Billi Eyliş Donald Trampın prezident seçkilərindəki qələbəsini şərh edib. Xarici KİV-in yaydığı məlumata görə, o, konsert zamanı siyasətdən danışıb. Ulduz müğənni yeni ölkə başçısının “yırtıcı” adlandırıb.
"Billi Neşvildəki son konserti zamanı səhnədən pərəstişkarlarına müraciət edib. Müğənni çıxışında bildirib ki, seçkidən dərhal sonra çıxış edəcəyini təsəvvür belə etməmişdi. Sənətçi Harrisi dəstəkləyən qardaşı Finneas Okonnell ilə birgə yazdığı mahnını oxuyacağını açıqlayıb. Mahnıda musiqiçilər qadınlara qarşı zorakılıqdan danışırlar. Eyliş bu barədə danışa-danışa seçkinin nəticəsini xatırladıb və “qadınlara nifrət edən” Trampın prezident olacağından çox üzüldüyünə eyham vurub", -məqalədə yazılıb.
Müğənninin çıxışında həmçinin bunlar səsləndirilib: "Düzünü desəm, heç vaxt zorakılıqla üzləşməmiş bir qadınla rastlaşmamışam. Bəzi şeylər mənim də başıma gəlib, məndən istifadə olunub. İndi isə bir kişi- məhkum yırtıcı meydana çıxır... Tanrım, mənim ürək döyüntülərim artır, qadınlara bu qədər nifrət edən biri tezliklə Amerika Birləşmiş Ştatlarının prezidenti olacaq..."
Tural