AZ

Borca görə qaçqın həyatı yaşayan komanda doğma rayona qaytarılır

«Saatlı-Araz»ın əsas problemi həllini tapıb. II Liqada yarışan komanda 6 aylıq aradan sonra doğma rayona dönür. Şəhriyar Məmmədovun sükanı arxasında dayandığı kollektiv dekabr ayından etibarən yerli publika önündə çıxış edəcək.
Klub rəhbərliyi ilə Saatlı Olimpiya Kompleksinin direktoru Adil Heydərov arasında bununla bağlı anlaşma əldə olunub. Problem də onların münasibətlərində gərginliyin yaranmasından sonra baş qaldırmışdı. Belə ki, 2023-cü ilin əvvəlindən 2024-cü ilin ilk aylarınadək «Saatlı-Araz»ın vitse-prezidenti olmuş Heydərov daha sonra öz istəyi ilə postunu tərk edib. Bu zaman məlum olub ki, klubun kompleksə 10 min manat borcu var. Sabiq vitse-prezident direktoru olduğu «Saatlı-Araz»dan həmin pulun ödənilməsini tələb edib. Lakin maliyyə çətinliyi yaşayan «qırmızı-sarılar» borcu bağlamağa vəsait tapmayıb, nəticədə komanda Şirvana üz tutub.

SPORTİNFO.AZ

Seçilən
18
1
sportinfo.az

2Mənbələr