"Qarabağ"ın 23 yaşlı müdafiəçisi Toral Bayramov Norveçdə "Bodø Qlimt"ə vurduğu qolla adından söz etdirib.
Belə ki, Toralın cərimə meydançasından kənarda vurduğu dəqiq zərbə Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu olub.
Hazırda dünya futbolsevərlərinin diqqət mərkəzində olan gənc futbolçumuz haqqında bəzi maraqlı məlumatları təqdim edirik:
"Qarabağ" və Azərbaycan millisinin yarımmüdafiəçisi Toral Bayramov 23 fevral 2001-ci ildə Lənkəranda anadan olub.
Toral Bayramovun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdir./BAKU.WS