KXDR Koreya yarımadası ərazisində GPS siqnalını boğmağa başlayıb. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, KXDR-in cənubundakı Kesonq və Haeju şəhərlərinə yaxın ərazilərdə siqnalın söndürülməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanır.
Cənubi Koreya ordusu Şimali Koreyanı GPS siqnalının kəsilməsini dərhal dayandırmağa çağıraraq, "hər hansı nəticəyə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyini" xəbərdar edib. KXDR Cənubi Koreya tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.
Oxuməni.az