AZ

Ukrayna rəsmiləri açıqladılar: Britaniya ilə münasibətlər pisləşib

Britaniyanın baş naziri Keir Starmer Ukraynaya uzaqmənzilli silahlar vermir.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian"ın Kiyevdəki mənbələri bildiriblər.

Onların fikrincə, leyboristlər hakimiyyətə gələndən sonra Londonla münasibətlər pisləşib.

“Starmer bizə uzaq mənzilli silahlar vermir. Vəziyyət Rişi Sunakın baş nazir olduğu vaxtdan fərqlidir. Münasibətlər pisləşib”, - Britaniya qəzetinin mənbəsi bildirib.

Qeyd edək ki, Keir Starmer bu həftə Macarıstanda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. O, Kiyevə sarsılmaz dəstəyini bəyan edib.

“The Guardian” yazır ki, Kiyev rəsmiləri görüşün nəticəsində raketlərlə bağlı irəliləyişin olmamasından şikayətləniblər.

Britaniya qəzetinin yazdığına görə, Starmerin Ukraynaya mümkün səfəri avqust ayından müzakirə olunsa da, o, səfəri bir neçə dəfə təxirə salıb.

Seçilən
28
publika.az

1Mənbələr