AZ

Məşhur model tətil zamanı qəfil xəstələndi və öldü

1990-cı illərdə şöhrət qazanan britaniyalı supermodel Corcina Kuper 46 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki. bu barədə “Post” məlumat yayıb.

Bildirilib ki, Kuper evləndikdən (o, iyun ayında ailə qurub – red.) bir neçə ay sonra Yunanıstanın Kos adasında tətildə olarkən vəfat edib. Mənbə bildirib ki, o, evə uçmazdan bir gün əvvəl qəfil xəstələnib.

Dərhal Kos adasındakı əsas xəstəxanaya yerləşdirilsə də, vəziyyəti o qədər ağır olub ki, təcili tibbi yardım təyyarəsi ilə Kritə aparılıb və ölümündən əvvəl 5 gün reanimasiyada qalıb.

Onun ölümünə səbəb olan xəstəliyinin nə olduğu açıqlanmır.

Kuperin cənazəsi daha sonra İngiltərəyə göndərilib.

Seçilən
28
1
axar.az

2Mənbələr