Oktyabrın 29-da İspaniyada güclü yağış səbəbindən baş verən daşqınlar nəticəsində ölənlərin sayı 223 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, daha çox ölüm halı Valensiya əyalətində qeydə alınıb. Valensiyada 215 nəfər, Kastiliya-La-Mança muxtar icmasında 7, Əndəlüsdə isə 1 nəfər həyatını itirib, 78 nəfər isə itkin düşüb. Ölən 48 nəfərin hələ də şəxsiyyətinin müəyyən edilmədiyi bildirilib.