AZ

Mbappe milli karyerasını bitirməyə qərar verdi - İDDİA

Fransa millisinin baş məşqçisi Didye Deşamın ulduz futbolçu Kilian Mbappeni Millətlər Liqasında İsrail və İtaliya ilə matçlar üçün heyətə çağırmamasının pərdəarxası məqamları üzə çıxıb.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Ruan Molina məlumat yayıb. 

İddiaya görə, Mbappe Deşamla münaqişə yaşayıb və forvardın məşqçi ilə münasibətləri pisləşib. Tərəflər arasında anlaşılmazlıq böyüyür və hücumçu daha millidə oynamaq istəmir. Mbappe 25 yaşında hətta millidəki karyerasını başa vurmaq istəyir.

Keçən yay "Real Madrid"ə qoşulan Kilian "Kral klubu"nda 15 oyun keçirib və 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
27
fanat.az

1Mənbələr