AZ

Azərbaycanın heyətində estonların diqqətini kimlər çəkib?

Estoniya mətbuatı UEFA Millətlər Liqasında oynayacağı Azərbaycan millisinin heyətini ilə bağlı yazı hazırlayıb.

İdman.biz Soccernet.ee-yə istinadən xəbər verir ki, Fernandu Santuşun “24-lüy”ündə əsas diqqəti qapıçılar çəkib.

Millimizə dəvət olunan qapıçılardan yalnız Rza Cəfərovun 1 oyunda yığma forması ilə meydana çıxdığı vurğulanıb. 21 yaşlı qapıçı Arif Əsədovun baş məşqçi vəzifəsini müvəqqəti icra etdiyi dönəmdə Monqolistana (1:0) qarşı keçirilən yoldaşlıq oyununda debüt edib.

Aydın Bayramov və Nicat Mehbalıyev isə hələ millidə debüt etməyib. Ötən oyunlarda yığmanın qapısını qoruyan Mehti Cənnətov isə 4 oyunda qapısında 11 top görüb.

Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da Qəbələdə keçiriləcək.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr