Neymarla bağlı yeni diqqətçəkən xəbər yayılıb.
Braziliyanın ''UOL Esporte'' nəşrinin iddiasına görə ''Əl-Hilal'' rəhbərliyi ünlü braziliyalı futbolçunun zədələrindən boğaza yığılıb və onun müqaviləsini ləğv etmək istəyir. Məlum olduğu kimi Neymar ötən il ağır zədə alaraq birilliyə sıradan çıxmışdı. Bu günlərdə zədədən qayıdan ''sambaçı'' Asiya Çempionlar Liqası matçında yenidən zədə almışdı. Sonuncu zədə bardağı daşıran son damla olub. ''Əl-Hilal'' yanvarda Neymarın müqaviləsini ləğv edəcək. 32 yaşlı futbolçu 2023-ün yayında PSJ-dən 90 milyon avroya transfer edilmişdi. Neymarın illik qazancı 100 milyon avrodu.
Ulduz futbolçu öz dövrünün önəmli oyunçularından sayılsa da, zədələr ondan vaz keçmədi. Təkcə bir faktı vurğulayaq ki, Neymar indiyə qədər karyerası ərzində zədələr üzündən 230 qarşılaşma qaçırıb. İllik 100 milyon avro qazancın qarşılığında o iki mövsüm ərzində ''Əl-Hilal''da cəmi 7 rəsmi oyuna çıxaraq 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta