İsrail ordusu bir ildən çoxdur Qəzza zolağına hücumlarını davam etdirir.
"Cebheinfo.az" xəbər verir ki, son hücumlar zamanı azı 20 nəfərin həyatını itirdiyi, çox sayda yaralıların olduğu bildirilib.
Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin Yaffa küçəsində köçkünlərin sığındığı Fehd əs-Sabah məktəbini hədəf alması nəticəsində 7 fələstinli həyatını itirib.
Hücum zamanı həyatını itirən fələstinlilərin cənazələri şəhərdəki Əl-Ehli Baptist xəstəxanasına aparılıb.
Döyüş təyyarələrinin Qəzza şəhərində köçkünlərin sığındığı çadırları bombalaması nəticəsində azı 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Ölən və yaralananlar Fələstin Qızıl Aypara Cəmiyyətinin tibb işçiləri tərəfindən Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Nasser xəstəxanasına yerləşdirilib.
İsrail döyüş təyyarələri Qəzza zolağının şimalındakı Beyt Lahiyanı da hədəfə alıb.
Şəhərdə Əbu Cerrad ailəsinə məxsus evin bombalanması nəticəsində 1 nəfər ölüb.
Hammude ailəsindən 3 qadın Beyt Lahiyyədə fərqli bir nöqtəyə edilən hücumda həyatını itirib.
Digər tərəfdən, İsrail əsgərləri Qəzza zolağının şimalında Beyt Lahiya və Cibaliya şəhərlərində fələstinlilərin yaşayış məntəqələrini də vurub.
Oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına etdiyi hücumlarda təxminən 17 mi 210 uşaq və 11 min 742 qadın daxil olmaqla ən azı 43 min 508 fələstinli həyatını itirib.
Yaralıların sayı isə 102 min 684 nəfərdir.
Dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.
İnsanların bombalardan xilas olmaq üçün sığındıqları xəstəxana və təhsil müəssisələri İsrail ordusunun hədəfində olmaqda davam edir.