Fransa yığmasının sabiq hücumçusu 25 yaşlı futbolçunun “Real”ın hücum xəttində kifayət qədər effektli olmadığını deyib:
“Komandanın Mbappeyə görə məyus durumda olduğunu düşünürəm. Yaxşı başa düşürəm ki, belə vəziyyət onun üçün asan deyil. Bellingem Mbappenin etməli olduğu şeyləri etməyə çalışır... Kilian təkmilləşməlidi ki, vəziyyət daha pis olmasın. Biz ondan Didye Droqba kimi topu özündə saxlamasını tələb etmirik, topu götürüb hamını yerə sərməsini istəmirik. Amma Mbappe hücumçu kimi oynayıb komandasına fayda verməlidi”.