Şimali Kipr yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq.
“Aznews.az” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarla görüşündə deyib.
O, buna inandıqlarını bildirib: “Türk dünyası Kipr türklərinin haqlı mübarizəsini müdafiə etdikcə, birliyimiz daha da güclənəcək”.
C.Yılmaz həmçinin diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Şimali Kipri tanımalı, onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.