AZ

Millimizin heyəti yalnız bizdə - İspaniya və Yaponiyadan legionerlər var

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev DÇ-2027-nin noyabrda keçiriləcək ilkin təsnifat mərhələsində İrlandiya və İsveçrə ilə matçlarda güvənəcəyi oyunçuları müəyyənləşdirib.

2 gün sonra Bakıda start götürəcək toplanışda çalışdırıcının sərəncamında 21 basketbolçu olacaq. Noyabrın 18-də hazırlıqları başa vuracaq yığmamız 1 gün sonra İrlandiya ilə oyun üçün bu ölkəyə yola düşəcək.

Baxşıyev milliyə bu basketbolçuları dəvət edib:
Endər Poladxanlı, Şirzad Şirzadov (hər ikisi “Sabah”), Saaddettin Donat (“Sumqayıt”), Səid İsmayılov, Rüstəm Əliyev (hər ikisi “Ordu”), Nazar Quliyev (“Naxçıvan”), Elşad Şirzadov, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Ercan Donat (“Şəki”), Kamran Məmmədov, Amil Həmzəyev (hər ikisi “Neftçi”), Zaur Paşayev (“Quba”), Rəşid Abbasov (“Lənkəran”), Nicat Məmmədli, Ulaşcan Turqut (hər ikisi “Sərhədçi”), Məhəmməd Hüseynli, Murad Babayev, Əkbər Məmmədov (hər üçü NTD), Cordan Devis (“Ucam Mursiya”, İspaniya), İan Hummer (son klubu “Osaka Evessa”, Yaponiya), Orxan Aydın (“Sıgortam.net İstanbul”, Türkiyə).

Qeyd edək ki, yığmamız noyabrın 24-də Bakı İdman Sarayında İsveçrə ilə qarşılaşacaq.

Seçmə mərhələyə İsveçrəyə (53:72) məğlubiyyət ilə başlayan millimiz daha sonra Kosovoya (87:77) qalib gəlib.

Emin Ağa
İdman.biz

Seçilən
39
idman.biz

1Mənbələr