AZ

Makron Trampa Rusiya ilə bağlı çağırış etdi - Pərdəarxası müzakirələr gedir

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla söhbətində onu Ukrayna məsələsində Rusiyadan “real güzəştlər” götürməyə çağırıb.

Publika.az xəbər verir ki, bu baradə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazır.

Noyabrın 6-da baş tutan telefon danışığı təxminən 25 dəqiqə davam edib və bu zaman Makron Trampı Ukrayna ilə bağlı Rusiya ilə istənilən diplomatik prosesin Kremldən real güzəştlərlə nəticələnəcəyini təmin etməyə çağırıb.

Trampın bu təklifə necə reaksiya verdiyi barədə məlumat verilmir.

WSJ-nin məlumatına görə, hazırda Aİ-də Tramp administrasiyası dövründə ABŞ Kiyevə dəstək töhfəsini kəsərsə, Ukraynanı maliyyələşdirməyə necə davam edəcəyi ilə bağlı pərdəarxası müzakirələr gedir.

Seçilən
22
publika.az

1Mənbələr