"Bu, ABŞ-ın Kiyevin Moskva ilə mübarizəsində yardıma yönələn siyasətinin əhəmiyyətli dərəcədə dəyişilməsi deməkdir..."
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan Co Bayden administrasiyası əllərində silah öz müstəqilliyi uğrunda mübarizə aparan Ukrayna əraizisinə Kiyevin Moskva ilə mübarizəsində yardım üçün hərbi mütəxəssislər göndərir.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ Ukraynaya nizami ordunun hərbi qulluqçularını deyil, xidmət göstərən texniki personal göndərəcək, onlar Ukraynaya Qərbin tədarük etdiyi silahların istismarı və saz vəziyyətdə saxlanılmasında Ukrayna ordusuna kömək edəcək.
"Bu, ABŞ-ın Kiyevə Moskva ilə mübarizəsində yardıma yönələn siyasətinin əhəmiyyətli dərəcədə dəyişilməsidir", - nəşr yazıb. Bu zaman belə praktikanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci ilin yanvarında özünün andiçmə mərasimindən sonra saxlayacağı hələlik aydın deyil", - məlumatfa deyilir.
Həmçinin dəqiqləşdirilir ki, Ukraynaya gələn amerikalı hərbi mütəxəssislər ölkənin daxili rayonlarında cəbhə xəttindən aralıda olacaq və döyüş əməliyyatlarında iştirak etməyəcək.
"Ukraynada cəbhə xəttindən aralıda texniki xidmət göstərən azsaylı podratçılar ABŞ-ın verdiyi avadanlığın zədələnəcəyi təqdirdə tez bir zamanda təmirinin təmin edilməsi və zərurət olduqda texniki xidmət göstərilməsində kömək edəcək", - bu barədə yüksək vəzifəli amerikalı məmur agentliyə məlumat verib.
Onun sözlərinə görə, amerikalı hərbi mütəxəssislər ABŞ-ın tədarük etdiyi avadanlığın "zədələndiyi təqdirdə tez bir zamanda təmir edəcək və zərurət olduqda ona texniki xidmət göstərə biləcək".
Müharibə başlanandan ABŞ Kiyevin silahlanmasına onlarla milyard dollar məbləğində silah tədarük edib. Lakin Kiyev bu silahların əsaslı təmiri üçün onları ya ölkədən çıxarmalı, ya da ölkə daxilində təmiri üçün videokonfranslara və digər kreativ qərarlara bel bağlamalı olub.
Məmurların sözlərinə görə, bu məhdudiyyətlər təmiri çətinləşdirib və getdikcə icrası daha da mürəkkəb olub. Çünki ABŞ Kiyevə F-16 qırıcılar, "Patriot" HHM sistemləri, "Abrams" tankları, "Bredli" ZTR-ri və bu kimi daha mürəkkəb sistemlər tədarük edib.
Digər amerikalı məmur məlumat verib ki, Qərb avadanlığının xeyli hissəsi Ukraynada bu və ya digər zədələnməsi səbəbindən istifadə edilmir.
Üçüncü məmur bəyan edib ki, bu qərar Pentaqonu podratçıları artıq Ukraynada işləyən ABŞ Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi ilə bir sıraya qoyur.
Məmur əlavə edib ki, amerikalı hərbi mütəxəssislərin Ukraynada müdafiəsi üçün ABŞ qoşunlarının iştirakına ehtiyac yoxdur, təhlükəsizlik məsələlərinə görə Pentaqonla müqavilələr bağlayan şirkətlər məsuliyyət daşıyacaq.