Məşhur britaniyalı supermodel Corcina Kuper qəfil dünyasını dəyişib.
Publika.az "Daily Mail"-ə istinadən bildirir ki, məşhur Yunanıstanda tətildə olarkən qəfil vəfat edib.
Mətbuatda yayılan məlumata görə, 46 yaşlı model əri ilə birlikdə oktyabr ayında Yunanıstana uçub. Cütlük yerli otellərdən birinə qeydiyyatdan keçib və istirahət etməyə başlayıblar. Lakin oktyabrın 21-də məşhur qəfildən xəstələnib.
Corcina xəstəxanaya yerləşdirilib, həkimlər qadına kömək etməyə çalışsalar da, vəziyyəti getdikcə pisləşib. Model helikopterlə Krit adasına, reanimasiya şöbəsinə aparılıb. Beş gün orada qalıb. Mütəxəssislər onun həyatı üçün mübarizə aparsalar da, Kuperi xilas edə bilməyiblər.