AZ

"Qalatasaray" İkardinin müqaviləsini dondurur: Planları var

"Qalatasaray" hücumçusu Mauro İkardi ilə mövcud müqaviləni dondura bilər.

Publika.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

Argentinalı forvard UEFA Avropa Liqasının "Tottenhem"lə matçında (3:2) çarpaz bağlarından aldığı ciddi zədə səbəbindən mövsümü erkən başa vurub. İstanbul klubu onun əvəzinə yeni hücumçu transfer etməyi düşünür. Legioner limiti ilə bağlı tələblər isə buna imkan vermir.

Bu məqamı nəzərə alan "Qalatasaray" İkardinin müqaviləsini müvəqqəti olaraq dondurmağı düşünür.

Seçilən
23
publika.az

1Mənbələr