AZ

Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq

Şimali Kipr yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq.

Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarla görüşündə deyib.

O, buna inandıqlarını bildirib: “Türk dünyası Kipr türklərinin haqlı mübarizəsini müdafiə etdikcə, birliyimiz daha da güclənəcək”.

C.Yılmaz həmçinin diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Şimali Kipri tanımalı, onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Seçilən
13
4
sam.az

6Mənbələr