AZ

Markovdan Ermənistana XƏBƏRDARLIQ: “Qərbdə himayədar axtarmağa davam etsələr...” – ÖZƏL

“Öz adımdan və Rusiyada olan bütün Azərbaycanın dostları adından bütöv Azərbaycan xalqını, Ali Baş Komandan İlham Əliyevi Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm”.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyanın "sülhün kəsişməsi” layihəsinin reallıqla əlaqəsi yoxdur” – Sergey Markov


Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Zəfər günü münasibətilə Azərbaycanı təbrik edən Markov, qələbənin yeni reallıqlar yaratdığına diqqət çəkib.

“Bu müharibədə Qarabağın 7 rayonu işğaldan azad olundu, oradan bir zamanlar məcburi köçkün düşmüş qarabağlıların gələcəyi azad olundu. İndi onlar rahatlıqla öz vətənlərinə qayıda, Qarabağın inkşafına öz töhfələrinə verə bilərlər. Qarabağ müharibəsi Cənubi Qafqazda siyasi olaraq bir çox reallıqları dəyişdi. Ən əsası isə bu müharibədə Ermənistan darmadağın oldu. İndi isə bu balaca dövlət özünə yeni himayəçi axtarışındadır. Çünki Qarabağ müharibəsi zamanı Rusiya bu döyüşlərə qatılmaqdan imtina etdi və bu səbəbdən Ermənistan Rusiyadan üz çevirdi”, - deyə S.Markov deyib.

Müsahibimizin qeyd edib ki, böyük zərbə alan Ermənistanın müxtəlif manevrlər etməsi onun gələcəyini sual altına salır:

“Ermənistan Qərbdən özünə yeni himayədar axtarışına çıxıb və regionda geniş geosiyasi dönüşlər edir. Təbii ki, bu da Azərbaycanın regionda dirçəlməsinə gətirib çıxarır. Yəni Azərbaycan hərtərəfli, istər demoqrafik, istər iqtisadi baxımdan sürətlə inkşaf edir. Azərbaycan Ermənistandan da, Gürcüstandan da daha güclüdür. Hamı gördü ki, Azərbycan həmçinin istər siyasi, istərsə də hərbi baxımdan çox güclü bir dövlətdir.

Qarabağ müharibəsində bir çox dövlətlər, həmçinin KTMT-yə daxil olan dövlətlər Azərbaycanın tərəfini saxladı. Bura müsəlman dövlətləri də daxil idi, digər dövlətlər də. Belarus Paşinyan kimi yüngül xasiyətli zəif bir dövlət başçısı ilə müttəfiq olmaqdansa, İlham Əliyev kimi ciddi, ağıllı bir dövlət başçı ilə müttəfiq olmağı seçdi. Zəfərlə nəticələnən Qarabağ müharibəsi regionun gələcəyi üçün də böyük önəm kəsb edir”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
32
bizim.media

1Mənbələr