Azərbaycan ilə tərəfdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) cəsarətli iqlim fəaliyyətinə və dayanıqlı inkişafa sadiqliyini gücləndirərək iqlim dəyişikliyi ilə mübarizədə dönüş yarada və mənalı həllər təqdim edə bilər...
Bunu“Report”a müsahibəsində BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi deyib.
O bildirib ki, artıq müxtəlif sahələrdə çox məhsuldar ikitərəfli əməkdaşlıq qurulub:
“İnanıram ki, COP29 çərçivəsində əməkdaşlığımızdan ölkələrimiz çox fayda götürəcəklər. Belə iqlim konfranslarına ev sahibliyi etmək bərpa olunan enerjinin əhəmiyyətini vurğulamaq üçün unikal imkan təqdim edir. Həmçinin bu, ətraf-mühit məsələləri ilə bağlı cəmiyyətdə məlumatlılığı artırmaq üçün nümunəvi bir model hesab oluna bilər”.
Poliqon.info