AZ

"Putinin "Valday" forumundakı nitqi psixiatrlar tərəfindən öyrənilməlidir" - Ukrayna xalq deputatı

 
"Tramp üçün köhnəlmiş geosiyasət haqqında belə mühazirələr boş bir şeydir..."
 
Rusiya diktatoru Vladimir Putin Valday şəhərini həm özü və ailəsi üçün sevimli iqamətgah, həm də Rusiyanın əsas geosiyasi forumunun keçirilməsi üçün yer kimi seçib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının "Avropa həmrəyliyi" partiyasından xalq deputatı Viktoriya Syumar özünün "Facebook" səhifəsində yazıb. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Bundan öncə Valday forumuna həm Ukrayna politoloqları, həm də müxtəlif səviyyəli agentlər iştirak edib. Son illər ləyaqətli insanlar bu forumdan yan keçib, lakin indi BRICS sammitindən sonra Putin öz evinin yaxınlığında "dünyanın gələcəyi barədə danışmaq üçün" konfrans çağırıb.
 
Onun bir saatlıq nitqi yəqin ki, diaqnozun dəqiqləşdirilməsi məqsədilə psixiatrlar tərəfindən öyrənilməlidir. Lakin indiki şəraitdə bu nitqi təhlil etmək lazımdır, axı, burada qitədə sülh haqqında gələcək söhbətlər üçün diktatorun əsas "istəkləri" əks olunub.
 
Putin yenidən Ukraynanı hansısa subyekt kimi görmədiyini və onu yalnız Qərbin əlində alət hesab etdiyini nümayiş etdirib.  Həmin Qərbi o, dünya hegemonluğuna can atan "azlıq" adlandırıb, Rusiyanı isə "dünya ağalığına can atanları" dayandırmaq rolunda görüb. 
 
Rusiyalı bəstəboyun ambisiyası nə az, nə çox- dünyanı qarşıdakı 20 ildə dəyişdirməkdən ibarətdir. Aydındır ki, söhbət Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın icra etdiyi "yeganə dünya jandarmı" konsepsiyasından imtina edilməklə çoxqütblü dünyadan gedir. 
 
O, nüvə silahının tətbiq edilməsi imkanından danışaraq üçüncü dünya savaşına eyham vurub və Qərbin indiki hərəkət trayektoriyasının "fəlakətə aparan yol" olduğu barədə xəbərdarlıq edib.
 
Bir sözlə, Putin ictimaiyyət qarşısında Amerikanın yeni seçilmiş prezidenti Donald Trampla söhbətdən öncə maksimal olaraq stavkaların artırılması üçün mümkün olan hər şeyi edib.
 
Aydındır ki, belə söhbət olmadan Trampın sülh planından heç biri işlək olmayacaq. O da aydındır ki, belə söhbət yanvarın 20-də andiçmə mərasiminədək baş tutmayacaq.
 
Daha aydın olan odur ki, Putin dünyanın ən güclü ölkəsinin lideri ilə öz şərtlərilə danışıqlar masası arxasında əyləşməyi çox istəyir.
 
Doğrudur, Tramp üçün köhnəlmiş geosiyasət haqqında belə mühazirələr boş bir şey kimi görünür. 
 
Tramp biznesmendir. O, başqa kateqoriyalatla düşünür. Görünən odur ki, Tramp çətin ki, iqtisadiyyatı İtaliya və ya Braziliyadan daha az olan ölkə rəhbərinin belə bəyanatlarını qəbul etməyə hazır olsun.
 
Hətta Kreml diktatorunun başqa ölkələrin əllərində olan "alət ölkələr" məntiqilə razılaşsaq, o zaman Rusiya Tramp üçün dəqiqliklə Çinin maraqlarının irəliyə aparılması aləti kimi görünür.
 
Lakin Tramp Putinlə danışacaq. İkinci dünya savaşından sonra ən qanlı savaş bu söhbəti qaçılmaz edib. Və təkcə bu söhbətdən çox şeylər asılı olacaq".
Seçilən
16
moderator.az

1Mənbələr