İsrail ordusu Livanın paytaxtı Beyrutda “Hizbullah”ın obyektlərinə silsilə hücumlar həyata keçirib.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, Beyrutun Dahiya bölgəisndə “Hizbullah”ın komanda məntəqələrinə, silah istehsalı sexinə və digər obyektlərinə zərbələr endirilib.
İsrail, eyni zamanda Beyrutda mülki əhalinin tələfat riskini azaltmaq üçün tədbirlər görüb.
KONKRET.az