"Neftçi" ilə matçda bərabərlik bizim üçün yaxşı nəticə idi.
Bunu "Far.Az"a açıqlamasında "Şamaxı"nın futbolçusu Brahim Konate deyib.
Malili futbolçu Misli Premyer Liqasının XIII turunun açılış oyununda qarşılaşdıqları "Neftçi" oyunu barədə danışıb:
"Qarşılaşmaya yaxşı başlamadıq. Start fitindən dərhal sonra 2 qol buraxdıq. Bununla belə, komandamız xarakter nümayiş etdirərək matçda geridönüş yarada bildi. Görüşə pis başladığımızı nəzərə alsaq, bərabərlik bizim üçün yaxşı nəticə idi".
Yarımmüdafiəçi vurduğu qolu şərh edib:
"Komanda yoldaşım Rüfət Abbasov çox yaxşı ötürmə etdi. Təbii ki, mən də topu özümdə çox yaxşı saxladım və qapıçını nəzarətdə saxlıyaraq, zərbə endirdim".