AZ

Pedri Xavinin dövründəki yüksək məbləğdə cərimələri xatırladı

“Barselona”nın ispan yarımmüdafiəçisi Pedri Xavinin rəhbərliyi altında “Barselonada”kı yüksək məbləğdə cərimələri xatırlayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, Pedrinin bu barədə xatirəsini təqdim edir:

“Cərimələri dəqiqəbədəqiqə hesablayan məşqçilər var. Məsələn, beş dəqiqə – 5 min avro, amma Xavidə, gecikmə müqabilndə cərimə – 5 min avro idi, növbəti cərimənin məbləği isə ikiqat artırılırdı. Bu, dörd-beş dəfə təkrarlansa, çox pis – ziyanlıq idi”, deyə Pedri xatırladıb.

Xatırladaq ki, cari ilin may ayının 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.

2022/2023-cü illər mövsümündə ispan mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Seçilən
29
arena.az

1Mənbələr