AZ

Premyer Liqa klubu yeni baş məşqçisi ilə neçə illik müqavilə bağlayır?

«Turan Tovuz»dan ayrılmağa hazırlaşan Cavid Hüseynovun «Səbail» ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.

Kurban Berdiyevin köməkçisi kimi Tovuz klubunda qalmaq istəməyən gənc mütəxəssis «dənizçilər»lə 2 illik müqavilə şərtlərini razılaşdırıb.

O, artıq gələn həftə Bayıl təmsilçisinin sükanı arxasına əyləşəcək.

Yeri gəlmişkən, «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə Cavid Hüseynov arasında görüş keçirilib.

Klub rəhbəri «Səbail»dən təklif alan baş məşqçinin yardımçısına burada qalmağı məsləhət görüb.

İş adamı ona vəd verib, əməkhaqqını nəzərə çarpacaq qədər artıracağını vəd edib. Bildirib ki, bundan sonra şəraiti daha da yaxşılaşdırılacaq, təki Berdiyevin yanında qalsın.

Fəqət, Hüseynov Quliyevin sözünü yerə salıb. Artıq Bayıl təmsilçisinin rəhbərliyi ilə görüşüb razılaşdığını, yaxın günlərdə təqdimatının olacağını deyib.

Etiraf edib ki, o, özünü baş məşqçi olaraq sınamaq fikrindədir və ayağına gələn bu təklifi heç bir halda geri çevirə bilməz.

SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr