AZ

“Rusiya müharibə etməklə pul qazanır... O, müharibəni dayandırsa, dağılar...”

“Trampın bu siyasi xətti Rusiyanın iqtisadi marağında deyil... Odur ki, Putin rəsmən Trampı  təbrik etməyə tələsmir. Aydındır ki, gələcəkdə iki ölkəni yenə qarşıdurmalar gözləyəcək...”
 
“Əslinə qalsa, D.Trampın proteksionist siyasəti V.Putinin apardığı müharibə siyasətinə ziddir. Bəs nə deməkdir müharibə siyasəti? Hər şeydən əvvəl ölkəni müharibə yolu ilə iqtisadi böhrandan qurtarmaq, onun hərbi sənaye kompleksini yaratmaq və ya bərpa etmək, yəni SSRİ dağılandan sonra yüzminlərlə dayanmış zavod və kombinatları işə salıb ölkənin ÜDM-nı artırmaq. Rusiya Ukraynaya qarşı müharibə etməklə bütün bunları etməkdədir, daha doğrusu, Rusiya müharibə etməklə pul qazanır. Yadınıza 2022-ci ilin  aprel may aylarını salın. Onda Rusiya qoşunları az qalmışdı ki, Kiyevə girsin, 5-6 kilometrliyində idilər. Girmədilər, birdən Donbasa çəkildilər. O zaman bu haqda “Strannaya voyna”adlı məqaləmizdə bunun iqtisadi səbəblərindən yazmışdıq. Biz deyənlər düz çıxdı”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Demokratlar Trampın seçilməsini Putinlə bağlayırlar, o, isə bu günə qədər onu rəsmən, ya məktubla, ya da telefon zəngi ilə təbrik etməyib... Yalnız Valday klubundakı çıxışında dolayısıyla təbrikini çatdırıb. Bunun səbəbi nədir, sizcə?” sualını cavablandırarkən siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
“Bir sözlə,  Rusiya müharibə yolu ilə pul qazanmaq siyasətini həyata keçirməkdədir.  Hətta Ukrayna silahlılarının Kürska buraxılması da bu oyunun nəticəsidir. Əslində müharibə törətmək siyasəti ABŞ-nin də qüdrətli dövlətə çevrilməsində böyük rolu olub. ABŞ müharibələr törətməklə varlanıb və fövqəl dövlətə çevrilmişdir. İndi onun siyasətindən Putin istifadə edir və ölkəni qüdrətli dövlətə çevirməkdədir. Rusiyanın Ukraynaya təcavüzü nəticəsində ÜDM 3-4 dəfə artmışdır və artmaqdadır. Rusiya ordusu bu saat dünyanın bir nömrəli ordusu sayılır, xalqın rifah halı Avropadan fərqli olaraq  yaxşılaşmaqdadır.  Gəlin Beynəlxalq Valyuta Fondunun 2022-ci ildə Ukraynaya təcavüzü nəticəsində Rusiyanın ÜDM-ın artması cədvəlinə baxaq: 
         
2022 –ci ildə 2,215 trilyon dollar
 2023-ci ildə 3 dəfə çox    6,45  trilyon dollar
 
Bu gün Rusiya iqtisadiyyatı dünyada 4-cü yerdə, Avropa ölkələri arasında isə 1-ci yerdədir. Bu müharibə yolu ilə ölkəni gücləndirmək siyasətinin nəticəsidir. Müharibə davam etsə, Rusiya ən qüdrətli dövlətə çevrilə bilər…”
    
“Tramp isə, deyilənə görə, Ukraynada sülh yaratmaq istəyir” fikrinə isə analitik belə münasibət bildirib:
 
“Trampın bu siyasi xətti Rusiyanın iqtisadi marağında deyil. Rusiya müharibəni dayandırsa, dağılar. Odur ki, Putin rəsmən Trampı  təbrik etməyə tələsmir. Aydındır ki, gələcəkdə iki ölkəni yenə qarşıdurmalar gözləyəcək…”
 
Sultan Laçın
 
Seçilən
32
moderator.az

1Mənbələr