Çimərlik voleybolu Azərbaycan yığmaları Türkiyənin Alanya şəhərinə yola düşüblər.
Apasport.az xəbər verir ki, kişi və qadınlardan ibarət komandalarımız qonşu ölkədə təlim-məşq toplanışı keçəcəklər.
Hazırlıqlar Almaniya, Avstriya və Türkiyə voleybolçuları ilə birlikdə təşkil olunacaq. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi ilə məşq keçəcəklər.
Qeyd edək ki, toplanış noyabrın 22-dək davam edəcək.
"Xilasedici" ölkə kubokunun qalibi olub
“Azərreyl” və “Xilasedici”dən qələbə
“Azərreyl” finala yüksələ bilmədi
“Murov Az Terminal”dan yeni transfer
Pazdnekov Aleksandr: "Bəzən oyunumuz istədiyimiz kimi alınmır"