AZ

Lunin 21-ci əsrdə La Liqada assist edən ilk "Real" qapıçısı oldu

"Real Madrid"in qapıçısı Andrey Lunin şənbə günü İspaniya çempionatında "Osasuna" ilə matçda Vinisius Juniora qol ötürməsini bacarıb.

90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, beləliklə, ukraynall qolkiper 21-ci əsrdə İspaniya çempionatının matçında məhsuldar ötürmə etməyi bacaran ilk "Real Madrid" qapıçısı olub.

Xatırladaq ki, Madrid “Real”ı “Osasuna”nı 4:0 hesabı ilə məğlub edib. Vinisius Junior het-trik edib, Jude Bellinqhem isə bir qol vurub. Onu da əlavə edək ki, oyun zamanı “Real Madrid” zədə səbəbindən üç futbolçusunu itirib.

Seçilən
19
90deqiqe.az

1Mənbələr