AZ

"Rəhbərlik nə qərar versə, canla-başla razıyam"

"Səbail" Premyer Liqanın 13-cü turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir.

- Komandada çatışmayan var?

- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.

- Davam edəcəksiz?

- Rəhbərliyə təşəkkür edirəm. Bu mikrostikslə bizə kömək, dəstək oldular. Komandanın başına gəldik. Rəhbərlik nə qərar versə, canla-başla razıyam.

Seçilən
32
sportinfo.az

1Mənbələr