AZ

Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib

Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.Bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev,nümayəndə heyətinin rəhbər müavini isə Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.
 
Daha əvvəl Rusiya Prezident Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.

www.anews.az
Seçilən
2
26
anews.az

10Mənbələr