Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Ukrayna-Rusiya münaqişəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin əsas səhvi haqqında söz açıb.
Xalqcebhesi.az xəbər verir ki, Poroşenko bu barədə “Telegram” kanalında yazıb.
“Onlar qazmaqla məşğul idilər, biz isə bunu etmirdik. Biz sadəcə hücum edirdik. 2,5 il müddətində dövlət ekskavator belə almayıb. 2023-cü ildə dövlətə kömək etmək, müdafiə xətləri qurmağı təklif edəndə, bizə rədd cavabı verildi”, - Poroşenko qeyd edib.