"Turan Tovuz" Premyer Liqanın 13-cü turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülmədik. "Səbail" daha yaxşı görünürdü. İkinci yarıda düzəlişlər etdik və düşünürəm ki, yaxşı oynadıq.
- Futbolçuların süni örtükdə oynamaqdan şikayəti var?
- Xeyr, şərtlər hamı üçün eynidir. Bununla bağlı şikayət yoxdur.
- Bu gün "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- İkinci hissəni nəzərə alsaq, 2 xal itirdik.
- Aqressiv olmağınızın səbəbi nə idi?
- Aqressiv olduğumu deməzdim. Sadəcə olaraq istəyirdim ki, futbolçularım daha tez oynasınlar.