Bakı. Trend:
ABŞ-ın Nyu-York şəhərində məşhur “Times Square” meydanında 8Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət BayrağıGününə həsr olunan məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya Diasporlaİş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika GənclərFederasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.
AAYF-in sədri Leyla Aslanovanın təşkilatçılığı ilə toplananABŞ-də təhsil alan azərbaycanlı gənclər meydanı ziyarət edənturistləri və yerli amerikalıları Azərbaycanın tarixi Zəfər günübarəsində məlumatlandırıblar.
Həmyerlilərimiz Azərbaycanın üç rəngli bayrağı ilə “YaşasınAzərbaycan”, “Zəfər Bayramın mübarək Azərbaycan” şüarlarısəsləndiriblər. Eyni zamanda “Times Square” meydanında nəhəng ledekranlarda Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritənümayiş olunub. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağıilə fotolar çəkdiriblər.
Bundan başqa, üzərində “8 Noyabr Azərbaycanın Zəfər Günüdür!”şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbülün əksolunduğu led ekranlı avtomobil meydanın ətrafında hərəkət edib və42-ci küçədə dayanıb.