İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Tehranın Ağ Evin yeni lideri Donald Trampın həyatına sui-qəsd cəhdlərində əli olması ilə bağlı ittihamlarını rədd edib.
Publika.az xəbər verir ki, bu barədə "Reutres" məlumat yayıb.
Əraqçi həmçinin iki dövlət arasında etimadı gücləndirməyə çağırıb.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Trampa sui-qəsd cəhdlərində əli olması ilə bağlı bəyanatı əsassız adlandırıb.
Noyabrın 8-də ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Donald Trampa qarşı sui-qəsd cəhdinin hazırlanmasında iştirak etdiyini açıqlayıb.