AZ

“COP29-da iştirak üçün Çilidən 121 nəfərlik nümayəndə heyəti gələcək” – Ciankarlo Alberti

Yazını böyüt
Yazını kiçilt

Bakıda Çilinin ölkəmizdəki Səfirliyi tərəfindən Çili - Azərbaycan diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, millət vəkillərinin, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin 1994-cü il noyabrın 3-də qurulduğunu xatırladıb. Bildirib ki, bu ay Çilinin Bakıda konsulluq şöbəsi açılacaq.

Diplomat bildirib ki, Çili Latın Amerikasının coğrafi baxımdan Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək heç də asan olmayıb.

"Çilidən COP29-da iştirak üçün Azərbaycana gələcək 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir də olacaq. Bu rəqəm həqiqətən müsbət təsir bağışlayır. Əvvəllər Azərbaycana heç vaxt Çilidən bu qədər böyük nümayəndə heyəti gəlməyib. Mənim ölkəmdən bura gəlmək üçün üç transfer etməklə uçmaq lazımdır. Lakin düşünürəm ki, bu ilin dekabrından proses bir qədər asanlaşacaq, çünki İstanbuldan Çilinin paytaxtı Santyaqoya birbaşa uçuş açılacaq”, – Alberti qeyd edib.

Biz Azərbaycanı COP29-un təşkili üçün dəstəkləyirik",- Ciankarlo Alberti söyləyib.

Daha sonra Çiliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir qeyri-rəsmi hissə ilə davam edib.

Seçilən
20
hafta.az

1Mənbələr