AZ

"Medsol" işçilər axtarır - MAAŞ 600-800-1500 MANAT - VAKANSİYALAR

Medsol

Əczaçı

Son tarix 07 dek 2024 - [email protected]

İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Cinsi: qadın- kişi 
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli qrafik
Əmək haqqı: 800-1500 azn
Vəzifə öhdəlikləri:

  • Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
  • Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi
  • Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
  • Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
  • Həkimlərin tələbnamə  və təyinatlarının qəbul edilməsi

Namizəddən tələblər:

  • Tibbi təhsil (Ali və ya orta ixtisas)
  • Müvafiq sahədə iş təcrübəsi
  • Diqqətli, məsuliyyətli, dürüst və cəld 
  • Komandada işləmək bacarığı
  • Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
  • Dil bilikləri olanlara üstünlük veriləcək

Namizədlər öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Kosmetik vasitələr üzrə satış təmsilçisi

Son tarix 07 dek 2024 - [email protected]

İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Cinsi: Qadın
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli qrafik
Əmək haqqı: 600 azn
Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən təqdim olunan məhsulların satışını həyata keçirmək
  • Potensial müştərilərə şirkətin məhsul və xidmətlərini yüksək səviyyədə təqdim etmək
  • Müştərilər ilə əlaqələrin qurulması, məhsulların təqdimatı və alışı üçün seçim variantlarının təklif edilməsi
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi   
  • Müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi
  • Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərliyə məlumat verilməsi 
  • Təyin olunmuş kampaniyaların effektiv keçirilməsinə dəstək, satışlarda və satışı artıran digər fəaliyyətlərdə iştirak edilməsi

Namizəddən tələblər:

  • Minimum orta təhsil  
  • Kosmetik vasitələrin satışı üzrə iş təcrübəsi (ən azı 1 il )
  • Satış, müştərilərlə işləmə və təqdimat bacarıqları
  • Effektiv ünsiyyət və fikrini aydın izah edə bilmə qabiliyyəti
  • Stressə davamlı olmalıdır
  • Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, Rus dili üstünlükdür

Namizədlər öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Seçilən
28
fed.az

1Mənbələr