Misli Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Bayraq Günü münasibətilə hamınızı təbrik edirəm. Matça səhvlə başladıq və qol buraxdıq. Bundan sonra oyuma daxil olmaq çətindir. Lakin bunu bacardıq. Demək olar ki, rəqibdən daha yaxşı oynadıq. Amma bəxt sayəsində qol vurduq. İkinci hissədə də rəqibdən daha yaxşı idik. 2 qol epizodumuz var idi. Amma istifadə edə bilmədik. Üçüncü qolu vura bilmədik. Əfsuslar olsun ki, qələbə qazana bilmədik".