...Almaniyada “Goldenes Lenkrad-2024” (“Qızıl Sükan-2024”) mükafatının laureatları bəlli olub. Qaliblər 14 nominasiya üzrə seçilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mükafatın təşkilatçılarından biri olan Auto Bild nəşri məlumat yayıb.2024-cü ilin ən yaxşı avtomobilləri sənayenin 18 aparıcı mütəxəssisindən ibarət münsiflər heyəti tərəfindən seçilib. Onların arasında Mercedes-Benz-in baş direktoru Ola Kallenius, Volkswagen Qrupunun baş direktoru Oliver Blume, BMW-nin baş direktoru Oliver Zipse və Opel-in baş direktoru Florian Hüttl var.
Avtomobillər sınaqdan keçirilib və 17 parametr üzrə qiymətləndirilib. Amma ən gözəl avtomobili və ən yaxşı işlənmiş avtomobili internetdə adi avtomobil həvəskarları seçib.
“Goldenes Lenkrad-2024” (“Qızıl Sükan-2024”) mükafatınınqalibləri:
- kiçik avtomobil - Mini Cooper;
- kompakt sinif - Volkswagen Golf 8;
- orta sinif - Skoda Octavia RS Combi;
- yuxarı orta sinif - BMW 5 Series Touring;
- lüks sinif - Porsche Taycan Turbo GT;
- idman avtomobili - Porsche 911 Carrera GTS;
- ailə avtomobili - Peugeot e-5008;
- ən gözəl avtomobil - Aston Martin Vantage;
- ən yaxşı işlənmiş avtomobil - BMW 3 Series G20;
- 25.000 avrodan aşağı olan ən yaxşı avtomobil - Citroen C3; - 40.000 avrodan aşağı olan ən yaxşı avtomobil Kia EV3-dür; - 50.000 avrodan aşağı ən yaxşı avtomobil - Opel Grandland; - ən yaxşı yenilik - Mercedes Drive Pilot 95 sistemi;
- ən yaxşı avtomobil Tesla Cybertruck-dir.
Nazlı Almuradova