2030-cu ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Kral Salman Beynəlxalq Hava Limanının açılışı planlaşdırılır. Altı nəhəng uçuş-enmə zolağına malik hava limanı 23 milyard funt sterlinq dəyərində qiymətləndirilir.
Sfera.az bildirir ki, yeni hava limanı 150 minə yaxın iş yeri yaradacaq. Dünyanın gələcək ən böyük aerodromundan uçuşlar həyata keçirəcək aviaşirkətlər hələ açıqlanmayıb. Sahəsi 57 kvadrat kilometrdən çox olan tam 12 kvadrat kilometr pərakəndə satış məntəqələrinə ayrılıb ki, insanlar təyyarəyə minməyi gözləyərkən alış-veriş edə bilsinlər.
Hava limanı Nyu-Yorkun Midtown avtobus terminalında (ABŞ) və yeni Marsel hava limanında (Fransa) işləyən “Foster + Partners” tərəfindən layihələndirilir. O, 1983-cü ildən fəaliyyət göstərən Kral Xalid Beynəlxalq Hava Limanının mövcud terminallarını birləşdirəcək.
Gələcək böyük hava limanından fəaliyyət göstərəcək aviaşirkətlər hələ açıqlanmasa da, tikintidə 150 minə yaxın iş yerinin yaradılması gözlənilir. Onun 120 milyon sərnişinə xidmət göstərəcəyi və bu rəqəmin 2050-ci ilə qədər 185 milyona yüksələcəyi gözlənilir. Bu, Ər-Riyadda turizmin inkişafı proqramının bir hissəsidir.
"Aeroport layihəsi Səudiyyə Ərəbistanının Ər-Riyadı dünyanın on ən böyük iqtisadiyyatından birinə çevirmək və 2030-cu ilə qədər Ər-Riyadın əhalisinin 15-20 milyon nəfərə qədər artımını dəstəkləmək məqsədi daşıyır"- deyə Səudiyyə Mətbuat Agentliyinin bəyanatında deyilir.
Qeyd edək ki, dünyanın ən böyük hava limanı hazırda Səudiyyə Ərəbistanında Dammam hava limanı kimi tanınan Kral Fəhəd Beynəlxalq Hava Limanıdır. 1999-cu ildə kommersiya nəqliyyatı üçün açılan hava limanı, əvvəllər Körfəz müharibəsi zamanı ABŞ-ın hava bazası kimi fəaliyyət göstərib və hazırda 43 istiqamətə xidmət göstərir.
Aysel