AZ

Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO

Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb. O, bildirib ki, həyat yoldaşı konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili İstanbulda əməliyyat edilib:

"Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.

Onu da qeyd edək ki, bu gün Natiq Şirinovun 49 yaşı tamam olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
43
22
milli.az

10Mənbələr