...Rus hərbçiləri yaralı və silahsız Ukrayna Müdafiə Qüvvələrinin əsir götürülmüş əsgərini güllələyiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets Telegram-da bildirib.
...Ruslarda kinsizliyin və qəddarlığın həddi-hüdudu yoxdur! Onlar, ehtimal ki, yaralı silahsız ukraynalı əsgəri də güllələyiblər. Sübut kimi bunu internetdə yaydıqları videoda da göstəriblər.
Bunu Ukraynalı ombudsman bildirib.
Onun sözlərinə görə, o, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinə müvafiq məktub göndərəcək.
Ombudsman vurğulayıb ki, məhbusların edam edilməsi Cenevrə Konvensiyalarının, beynəlxalq humanitar hüququn, müharibə qanunlarının və adətlərinin pozulmasıdır.
...Deməli, noyabrın 8-də Lubinets Rusiya Federasiyasınıninsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova ilə görüşüb. Onlar hərbi əsirlərin siyahılarını mübadilə edirdilər.
...Noyabrın 5-də Baş Prokurorluq bildirib ki, ruslar Donetsk vilayətinin Pokrovski istiqamətində əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin 6 əsgərini güllələyiblər.
...Oktyabrın 24-də bildirilib ki, ruslar Selidovo yaxınlığında əsir götürülmüş Ukrayna Milli Qvardiyasının 4 əsgərini öldürüblər.
...Oktyabrın 14-də məlum olub ki, ruslar artıq 102 ukraynalı hərbi əsir edam ediblər. Bu barədə məlumatı Baş Prokurorluq yayıb.
...Oktyabrın 4-də Silahlı qarşıdurmalarda törədilən cinayətlərə qarşı mübarizə şöbəsinin rəisi Yuri Belousov bildirib ki, Ukrayna hərbçilərinin ruslar tərəfindən edam edilməsinin təxminən 80 faizi 2024-cü ildə baş verib. Həmin vaxt 93 ukraynalı hərbçinin öldüyü məlum idi.
Əli Babayev