AZ

"Liverpul" qələbə qazanıb, "Mançester Siti" növbəti dəfə məğlub olub

İngiltərə Premyer Liqasında XI turun oyunları keçirilir.

APA xəbər verir ki, "Mançester Siti" "Brayton"un qonağı olub.

Oyunda hesabı "şəhərlilər" açıb. Lakin meydan sahibləri ardıcıl 2 qol vuraraq qələbə qazanıb.

“Liverpul” isə Birminhemin “Aston Villa” klubunu qəbul edib.

Matçda hesabı 20-ci dəqiqədə Darvin Nunyes açıb.

Oyunda ikinci və eyni zamanda son qol 84-cü dəqiqədə vurulub.

Arne Slotun yetirmələrinin növbəti əks-hücumu Salahın dəqiq zərbəsi ilə yekunlaşıb – 2:0.

Seçilən
34
apa.az

1Mənbələr